Xəzərdə küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edilib

Xəbərlər

24.11.2026 - 21:54

Küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir

Xəzər dənizinin akvatoriyasında müşahidə olunan küləkli hava şəraitinin noyabrın 25-dək davam edəcəyi gözlənilir. AYNA.AZ xəbər verir ki, bu barədə Dövlət Dəniz və Liman Agentliyindən (DDLA) bildirilib.

Qeyd olunub ki, DDLA-nın Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.

Xəbərdarlığa əsasən, noyabrın 25-də gün ərzində Xəzər dənizinin akvatoriyasında şimal-qərb və şimal küləkləri müşahidə olunacaq.

Küləyin sürətinin 18-23 m/s, arabir 25-28 m/s, açıq dənizdə isə 30 m/s-dək güclənəcəyi gözlənilir.

Dalğanın hündürlüyünün 2,5-3,5 metr, sonrakı inkişafda isə 4-6 metrə çatacağı proqnozlaşdırılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş