Rayonlara leysan yaxınlaşır

Xəbərlər

27.08.2019 - 13:43

Bəzi rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir

 

Bakıda və Abşeron yarımadasında avqustun 28-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. AYNA Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin məlumatına istinadən xəbər verir ki, günün birinci yarısında bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var.

 

Şimal-şərq küləyi əsəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 20-23, gündüz 29-33, Bakıda gecə 21-23, gündüz 30-32 dərəcə isti təşkil edəcək.

 

Abşeron çimərliklərində

 

Şimal-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti təşkil edəcək.

 

Azərbaycanın rayonlarında

 

Avqustun 28-də hava əksər rayonlarda əsasən yağmursuz keçəcək, lakin bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Böyük Qafqazın ayrı-ayrı yerlərində yağışın leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 18-23, gündüz 32-37, dağlarda gecə 12-17, gündüz 23-28 dərəcə isti təşkil edəcək.

 

Tibbi-meteoroloji proqnoz

 

Avqustun 28-29-da Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.

Müəllif: Ayna.az