Beynəlxalq Olimpiya Komitəsi bəyanat yaydı

İdman

24.03.2020 - 18:59

Həkimlər Klinikalar SEO Xidməti

Tokioda keçiriləcək olimpiya oyunlarının 2021-ci ilə keçirilməsi nəzərdə tutulub

 

Beynəlxalq Olimpiya Komitəsinin (BOK) son bəyanatı yayılıb.

 

AYNA BOK-un rəsmi saytına istinadən xəbər verir ki, bəyanatda Komitə prezidenti Tomas Baç və Yaponiyanın Baş Naziri Abe Şinzonun birgə qərarının nəticəsi olaraq Tokio-2020 Olimpiya Oyunlarının təxirə salındığı bildirilib.

 

Bəyanatda deyilir: “Dünyada COVID-19 pandemiyası hökm sürdüyü bir zamanda kütləvi idman tədbirlərinin keçirilməsi yalnış addımdır. Belə bir zamanda bir çox beynəlxalq tədbirlər təxirə salınıb, bu səbəbdən Tokioda keçiriləcək olimpiya oyunlarının 2021-ci ilə keçirilməsi nəzərdə tutulub”.

Müəllif: Ayna.az