Kobaxidze: “İvanişvili bir nömrəli adamdır, mən isə ikinciyəm”

Dünya

25.11.2026 - 14:50

“Ona görə də aramızda ən yaxın münasibətin olması təbiidir”

“Siyasi komandada Bidzina İvanişvili ilə ən yaxın münasibətləri saxlayan şəxs mənəm”. AYNA.AZ gürcü mediasına istinadən bildirir ki, bu sözləri Gürcüstanın Baş nazir, hakim “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyasının sədri İrakli Kobaxidze deyib.

Kobaxidze bu açıqlamanı jurnalistlərin siyasi komandanın hansı üzvünün "Gürcü Arzusu"nun təsisçisi və fəxri sədri Bidzina İvanişvili ilə ən yaxın münasibətləri barədə suallarına cavabında deyib.

Baş nazir bildirib ki, “İvanişvili siyasi komandada birinci şəxs, mən isə ikinci şəxsəm. Ona görə də aramızda ən yaxın münasibətin olması təbiidir”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş