"Əgər ABŞ və İran Türkiyədə danışıqlar aparmaq barədə razılığa gəlsələr, biz onları qəbul etməyə hazırıq”
Türkiyə hər iki tərəfin razılığı ilə ABŞ və İran arasında danışıqlar üçün platforma təmin etməyə hazırdır. Lakin hələlik belə bir sorğu almayıb. AYNA.AZ xəbər verir ki, bu barədə Türkiyə kabinetindəki mənbə “RİA Novosti”yə istinadən bildirir.
Noyabrın 22-də “Fox News” ABŞ Prezidenti Donald Trampın "eksklüziv şərhlərinə" istinadən bildirib ki, Ağ Ev rəhbəri iki ölkə arasında razılaşma olmadığı təqdirdə Yeni İldən sonra İrana zərbələri bərpa etməyə meyllidir.
Agentliyin mənbəsi qeyd edib: "Əgər ABŞ və İran Türkiyədə danışıqlar aparmaq barədə razılığa gəlsələr, biz onları qəbul etməyə hazırıq. İndiyə qədər belə bir görüşün təşkili ilə bağlı heç bir sorğu almamışıq".