Dövlət başçısı albaniyalı həmkarına başsağlığı verib
Prezident İlham Əliyev Albaniya Respublikasının Prezidenti İlir Metaya başsağlığı məktubu göndərib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:
“Hörmətli cənab Prezident,
Ölkənizdə baş vermiş güclü zəlzələ nəticəsində insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.
Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Albaniya xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.