Sumqayıtda güclü yanğın başlayıb

Hadisə

05.08.2019 - 12:59

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub

 

Hazırda Sumqayıt şəhəri, İnşaatçılar qəsəbəsində zavod ərazisində təkər tullantıları yanır. Bu barədə AYNA-ya Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən məlumat verilib.

 

Məlumata görə, Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri hadisə yerinə cəlb olunub. Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

 

Əlavə məlumat veriləcək.

Müəllif: Ayna.az