Qəza şəhərdə tıxaca səbəb olub

Hadisə

16.08.2019 - 13:06

Hadisə İnşaatçılar prospektində qeydə alınıb

 

Bakının İnşaatçılar prospektində (Ənvər Haqverdiyev küçəsi istiqamətində) yol-nəqliyyat hadisəsi baş verib. Bu barədə AYNA-ya Bakı Nəqliyyat Agentliyindən (BNA) məlumat verilib.

 

Bildirilib ki, hadisə səbəbindən həmin istiqamətdə avtomobil sıxlığı meydana çıxıb.

Müəllif: Ayna.az