Ağır qəzadan sonra, “Hacı Mazan” qan içində - <font color=red> VİDEO</font>

Hadisə

02.07.2019 - 16:07

Ələt-Astara avtomobil yolunda baş verən yol-nəqliyyat hadisəsinin görüntüsü yayılıb

 

Xəbər verdiyimiz kimi, bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində iki nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. “Hacı Mazan” kimi tanınan iş adamı, 1959-cu il təvəllüdlü, Masallı rayonunun Yeddioymaq kənd sakini Ramazan Hüseyn oğlu Zeynalovun “Range Rover” markalı avtomobili qəzaya uğrayıb.

 

Hadisə nəticəsində “Hacı Mazan” və sürücüsü, 32 yaşlı Rəşad Ramiz oğlu Kərimov kəllə-beyin xəsarətləri ilə Biləsuvar Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.  

 

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, R.Zeynalov sağ budun sınığı və qapalı kəllə-beyin travması diaqnozu Biləsuvar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. İş adamının yaxınları onun Bakıdakı xəstəxanaların birinə köçürülməsini istəyib və o, hazırda paytaxtda gətirilib.

 

BAKU.WS bu gün səhər saatlarında Ələt-Astara avtomobil yolunda baş verən qəzanın videogörüntüsünü əldə edib. Həmin görüntünü təqdim edirik:

<iframe src="https://baku.ws/video2/v.php?v=1266827"  width="640" height="360"></iframe>

Müəllif: Ayna.az