Yol polisləri halı pisləşən qadının həyatını xilas ediblər – <font color=red> VİDEO</font>

Hadisə

11.07.2019 - 15:00

Baş verənlər patrul avtomobilində olan kamera vasitəsilə qeydə alınıb

 

Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Yol Patrul Xidməti (YPX) Alayının 11-ci tağımının ərazisində xidmət aparan yol polisləri qadının həyatını xilas ediblər. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, tağımın əməkdaşları Anar Alışov və Asif Əzimov xidmət aparan zaman, yol kənarında dayanmış "Qazel" markalı mikroavtobusun sürücüsü Zəka Kəlbizadə onlara əl edərək saxlamalarını istəyib.

 

YPX əməkdaşları avtomobili saxlayıb nə baş verdiyi ilə maraqlanıblar. Məlum olub ki, sərnişinlərdən biri, Biləsuvar rayonu Xırmandalı kənd sakini Günel Abbaslının vəziyyəti pisləşib.

 

YPX əməkdaşları dərhal qadını patrul avtomobilinə qoyaraq Cəlilabad rayon xəstəxanasına çatdmaq istəyiblər. Lakin yolda qadının vəziyyətinin daha da pisləşdiyini görən yol polisləri Alar kəndindəki tibb məntəqəsinə dönüblər.

 

Orada qadına ilkin tibbi yardım göstərildikdən sonra yol polisləri yenidən patrul avtomobili ilə qadını Cəlilabad Mərkəzi Rayon Xəstəxanasına çatdırıblar. Həkimlərin müdaxiləsindən sonra qadının həyati təhlükəsi aradan qalxıb.

 

Baş verənlər patrul avtomobilində olan kamera vasitəsilə qeydə alınıb. Görüntüləri təqdim edirik:

Müəllif: Ayna.az