Gizli şəkildə ölkədən çıxmaq istəyən 8 nəfər saxlanılıb

Hadisə

05.11.2019 - 12:30

Faktla bağlı əməliyyat-istintaq tədbirləri davam etdirilir

 

3 noyabr 2019-cu il tarixdə saat 00:20 radələrində Ağstafa rayonu yaxınlığında yerləşən “Sadıxlı” sərhəd zastavasının xidməti ərazisində, Azərbaycan Respublikasından Gürcüstan istiqamətində dövlət sərhədini pozmağa cəhd edən 8 nəfər Azərbaycan vətəndaşı həmin ərazidə xidmət aparan sərhədçilər tərəfindən saxlanılıb. Bu barədə AYNA-ya Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən məlumat verilib.

Ayna.az