Külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısı alınıb
Azərbaycan gömrükçüləri qeyri-qanuni yollarla ölkә әrazisinә gәtirilən külli miqdarda narkotik vasitənin realizə edilməsinin qarşısını alıblar. Buna Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-İstintaq Baş İdarəsinin Əməliyyat İdarəsi tərəfindən keçirilən tədbir nəticəsində nail olunub.
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, əməliyyat tədbiri İran İslam Respublikasından qeyri-qanuni yollarla Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilən külli miqdarda narkotik vasitənin Famil adlı şəxs tərəfindən realizə ediləcəyi barədə daxil olan məlumat əsasında həyata keçirilib.
Ayna.az