Əli Abdullayev beynəlxalq axtarışa verilib
Bir neçə gün öncə Kiyevdə 23 yaşlı azərbaycanlı gənci qətlə yetirməkdə şübhəli bilinən şəxs beynəlxalq axtarışa verilib.
AYN xəbər verir ki, peşəkar rəqqas Cavid Hacıyevin ölümündə təqsirləndirilən Abdullayev Əli Aydın oğlunun istintaqdan gizləndiyi bildirilir. Bu barədə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev məlumat verib
Məlumata görə, Ukraynanı tərk edən Ə.Abdullayev beynəlxalq axtarışa verilib.
Onu görənlərdən dərhal polisə xəbər vermələri xahiş olunur.