İsrafil Məmmədov vəfat edib

Hadisə

25.06.2019 - 11:59

Həkimlər Klinikalar SEO Xidməti

“Gələcək nəsillər Azərbaycan tarixi və ermənillərin işğalçı mövqeyini faktlarla əks etdirən kitablarını hələ çox oxuyacaq, maariflənəcək”

 

“"Zəngibasar qətliamları 1918-1988", "Vedibasar qətliamları və Abbasqulu bəy Şadlinski haqqında sənədlər və xatirələr", "İrəvanın siyasi tarixi:1500–1800", "Erməni separatizmi və ekstremizmi" kimi kitabların müəllifi, tarixçi alim, atamın dayısı İsrafil Məmmədov bu gün haqq dünyasına qovuşdu. Allah ona rəhmət eləsin!”

 

AYNA xəbər verir ki, bu barədə Prezident Administrasiyasının əməkdaşı Gülsel Səfərova öz “Facebook” səhifəsində məlumat paylaşıb. “Gələcək nəsillər Azərbaycan tarixi və ermənillərin işğalçı mövqeyini faktlarla əks etdirən kitablarını hələ çox oxuyacaq, maariflənəcək” – deyə o yazıb.

 

Səfərova qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin 25 may 2012-ci il tarixli Sərəncamı ilə İsrafil Məmmədova 2012-ci il üçün Azərbaycan Respublikasının elm sahəsində "Dövlət Mükafatı" laureatı verilib: “Azərbaycan Respublikasının elm, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları komissiyasının qərarı ilə İsrafil Məmmədova Azərbaycan Respublikasının Dövlət Mükafatı laureatının diplomu və fəxri döş nişanı təqdim edilmişdi”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş