AKP-dən Davudoğlu ilə bağlı şok qərar

Hadisə

03.09.2019 - 03:19

Yeni partiya yaradılacağı bildirilir
 
Türkiyə Ədalət və İnkişaf Partiyası (AKP) keçmiş xarici işlər naziri və baş nazir Əhməd Davudoğlunu sıralarından uzaqlaşdırır.
 
AYNA Moderator-a istinadən xəbər verir ki, AKP-nin İdarə Heyəti Əhməd Davudoğlu, Ayhan Səfər Üstün, Abdullah Başcı və Səlcuq Özdağın partiya üzvlüyündən çıxarılması ilə bağlı tələbi intizam qurumuna göndərib.
 
Qeyd edək ki, son vaxtlar Türkiyə AKP-nin parçalanacağı iddiaları ilə çalxalanır. Türkiyə baş nazirinin keçmiş müavini, AKP-nin yaradıcılarından olan Əli Babacan partiyadan istefa verib. Onun Əhməd Davudoğlu ilə birlikdə yeni partiya yaratmağa hazırlaşdığı bildirilir. AKP-nin xeyli üzvünün, o cümlədən rəhbərlikdə təmsil olunan bir qrup şəxsin istefa verərək Ə.Babacanla Ə.Davudoğlunun yaradacaqları siyasi təşkilata qoşulacaqları gözlənilir.
Müəllif: Ayna.az