Yük avtomobili və 2,5 ton ot bağlaması yanıb

Hadisə

05.09.2019 - 18:00

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub

 

Xaçmaz rayonunda yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, rayonun Nərəcan kəndində, ümumi sahəsi 20 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 2,5 ton ot bağlaması yanıb.

 

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

 

Xaçmaz rayonunda, həmçinin "ЗИЛ" markalı yük avtomobilinin kabina hissəsi, mühərrik hissəsində elektrik avadanlıqları və 2 ədəd təkəri yanıb. Avtomobilin qalan hissəsi yanğından hissəsi mühafizə olunub.

 

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az