Bakıda ahıl kişi bir neçə nəfər tərəfindən döyülüb

Hadisə

07.10.2019 - 01:24

Bakıda ahıl kişi döyülüb

AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Suraxanı rayonu Hövsan qəsəbəsində qeydə alınıb.

1957-ci il təvəllüdlü Süleymanov Paşa Mirzə oğlu yaşadığı ərazidə sərxoş vəziyyətdə döyülərək xəsarət alıb. O, təcili yardımın köməyi ilə xəstəxanaya çatdırılıb. Yaralıya sol bazu sümüyünün sınığı diaqnozu qoyulub.

P.Süleymanov bildirib ki, o, bir neçə nəfər tərəfindən döyülüb. 

Müəllif: Ayna.az