Bakıda iki avtomobil toqquşdu: <font color=red> Yaralılar var</font>

Hadisə

16.11.2019 - 20:26

İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb

 

Bakıda ağır yol qəzası baş verib. AYNA xəbər verir ki, hadisə Heydər Əliyev prospektində qeydə alınıb. İki avtomobilin toqquşması nəticəsində dörd nəfər xəsarət alıb.

 

Səhiyyə Nazirlyiidnən verilən məlumata görə, iki minik avtomobilinin toqquşması barədə məlumat təcili yardıma saat 18.34 də məlumat daxil olub.

 

Qəza nəticəsində xəsarət alan 27 yaşlı kişi başın kəsilmiş yarası, qapalı kəllə beyin travması, 22 yaşlı qadın qarının küt travması, daxili qanaxma ehtimalı, 27 yaşlı qız müştərək travma diaqnozu ilə KTMə aparılıblar.

 

Qəza nəticəsində yüngül xəsarət alan 32 yaşlı qıza yerində yardım göstərilib, hospitalizasiyadan imtina edib.

Müəllif: Ayna.az