Stansiyada qəza baş verib, 1 qəsəbə və 8 kəndin qazı kəsilib

Hadisə

01.08.2019 - 14:56

Şirkət “Ərçivan” qaz paylayıcı stansiyasından qidalanan orta təzyiqli qaz xəttini zədələyib

 

Astara rayonu Ərçivan qəsəbəsi ərazisində qazıntı işləri aparan şirkət “Ərçivan” qaz paylayıcı stansiyasından (QPS) qidalanan orta təzyiqli qaz xəttini zədələyib. Bu barədə AYNA-ya “Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.

 

Verilən məlumata görə, baş verən hadisə bir qəsəbə və 8 kəndin qaz təchizatının dayanmasına səbəb olub. Hazırda bərpa işləri gedir.

Müəllif: Ayna.az