Ana doğuşdan sonra ölüb

Hadisə

12.11.2019 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

“Baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”

 

Noyabrın 8-də Yevlax rayon sakini, 28 yaşlı Gülanə Əliyeva, ikinci hamiləlik dövründə səhhətində yaranan problemlərlə bağlı, ailə həkiminin göndərişi ilə Yevlax Mərkəzi Rayon Xəstəxanasına (MRX) Yevlax MRX-da aparılmış müayinə nəticəsində G.Əliyevada hamiləliklə yanaşı patologiyalar aşkarlanıb.

 

Bu barədə AYNA-ya İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən (İTSDA) məlumat verilib. Tibbi təlimata əsasən, o, həmin gün təcili tibbi yardım maşını ilə, həkim nəzarəti altında Səhiyyə Nazirliyi akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasının Patoloji hamiləlik söbəsinə göndərilib.

 

Noyabrın 10-da G.Əliyeva həmin tibb müəssisəsində uşaq dünyaya gətirib və ana doğuşdan sonra dünyasını dəyişib.

  

“Akademik M.Ə.Mirqasımov adına Respublika Klinik Xəstəxanasında baş vermiş ana ölümü ilə bağlı araşdırmanın aparılması Səhiyyə Nazirliyinin səlahiyyətindədir”, - deyə İTSDA-dan bildirilib.

Müəllif: Ayna.az