Daha bir ticarət mərkəzi yanır

Hadisə

13.08.2019 - 11:26

Hadisə zamanı ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb

 

"Binə" ticarət mərkəzində yanğın olub.

 

AYNA Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nazirliyin “112” qaynar telefon xəttinə Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində "Binə" ticarət mərkəzində mağazaların birində yanğın olması barədə məlumat daxil olub. 

 

Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın söndürülüb. 

 

Hadisə zamanı ümumi sahəsi 40 m² olan anbarın yanar konstruksiyaları və içərisinə yığılan ayaqqabılar yanıb. Bitişik digər anbarlar yanğından mühafizə olunub.

Müəllif: Ayna.az