Siqaretin içindən narkotik çıxıb

Hadisə

20.11.2019 - 11:29

Həkimlər Klinikalar SEO Xidməti

Vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib

 

Cənub Ərazi Baş Gömrük İdarəsinin Biləsuvar gömrük postunda İran İslam Respublikasından piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual olunub. Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şifahi sorğu-sual zamanı vətəndaş üzərində gömrük nəzarətindən gizlədilən hər hansı predmetin, o cümlədən narkotik vasitə və psixotrop maddələrin olmadığını bildirib.

 

Daha sonra vətəndaşa məxsus siqaret qutularına baxış keçirilib. Baxış zamanı "Rothmans" markalı siqaret qutusunun içərisində olan siqaretlərdən birində çəkisi 2 qram təşkil edən narkotik vasitə - həşiş, "Winston" markalı siqaret qutusunda olan 4 ədəd siqaret dənələrinin içərisində isə çəkisi 3 qram təşkil edən narkotik vasitə - həşiş və çəkisi 7 qram təşkil edən narkotik vasitə - tiryək aşkarlanıb.

 

Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az