Şəkidə əcnəbi turist ölüb

Hadisə

15.07.2019 - 15:53

Onun ölümünün səbəbi hələlik məlum deyil

 

Azərbaycana turist kimi gələn Moldova vətəndaşı dünyasını dəyişib. AYNA "Report"a istinadən xəbər verir ki, hadisə Şəki şəhərində baş verib.

 

Belə ki, 1973-cü il təvəllüdlü Nilolau Vasilyeviç Şorban Şəki şəhərində qonaq olduğu evdə vəfat edib. Onun ölümünün səbəbi hələlik məlum deyil. Faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az