Bakıda intihar təlaşı: Qadın özünü körpüdən atdı – <font color=red> VİDEO</font>

Hadisə

21.06.2019 - 11:58

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub

 

Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər kürpünün üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

 

FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Vətəndaşla aparılan psixoloji söhbətlər zamanı o, özünü körpüdən aşağı atıb və xilasedicilər tərəfindən quraşdırılan xilasetmə yastığının üzərinə düşüb.

 

Xilasedicilər vətəndaşı aidiyyəti üzrə təhvil veriblər. Əməliyyat başa çatıb.

 

Sosial şəbəkədə hadisənin video-görüntüləri də yayılıb. Görüntüləri təqdim edirik:

Müəllif: Ayna.az