Mübahisə atışmaya səbəb olub
Peterburqda “Salova 52” topdansatış bazası yaxınlığında silahlı insident baş verib. AYNA “Qafqazinfo”-ya istinadən xəbər verir ki, münaqişə Azərbaycan və Özbəkistan vətəndaşları arasında çıxıb. Özbəklərin aldıqları borcu qaytarmağa tələsməməsi azərbaycanlılarla söz mübahisəsinə səbəb olub. Mübahisə daha sonra silahlı toqquşmaya gətirib çıxarıb. Travmatik tapançadan açılan atəş nəticəsində 3 nəfər Özbəkistan vətəndaşı yaralanıb. Onlar xəstəxanaya yerləşdirilib. Hadisəni törədənlər gizlənməyi bacarıb.
Polis onların tapılması istiqamətində axtarışlar aparır.