Bakıda “ölümlə rəqs edənlər” kameraya düşdü – <font color=red> VİDEO</font>

Hadisə

10.07.2019 - 13:25

Hər iki qəza sürücülərin idarəetməni itirmələri səbəbindən baş verib

 

Paytaxtın Heydər Əliyev prospektində, Bakı Olimpiya Stadionunun qarşısında baş verən iki qəza anı kameraya düşüb. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, təxminən eyni ərazidə baş verən hər iki qəza nəticəsində idarəetməni itirən sürücülər arakəsməni aşaraq əks yola düşürlər.

 

İlk videoda “Tayota Land Cruser” markalı avtomobil idarəetməni itirərək işıq dirəyinə çırpılır. Ardınca dirəyi aşıraraq yolun əks istiqamətinə çıxır. Sürücünün sükan arxasında yatması ehtimal olunur.

 

İkinci video sutkanın qaranlıq vaxtı qeydə alınıb. Bu dəfə də sürücünün sükan arxasında yatması ehtimalı böyükdür. Çünki orta zolaqla hərəkət etdiyi bir vaxtda qəfildən sola burulur. Nəticədə avtomobil arakəsməni keçərək yolun digər tərəfinə keçir.

 

Videogörüntünü təqdim edirik:

Müəllif: Ayna.az