Beyləqanda yanğın olub

Hadisə

16.10.2019 - 10:38

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb

 

Beyləqan rayonunun Qəhrəmanlı qəsəbəsində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata ümumi sahəsi 66 m² olan talvarın yanar konstruksiyaları və altına yığılan 18 ton ot bağlamasının 6 tonu yanıb.

 

Ot bağlamalarının qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Müəllif: Ayna.az