Yaralılara lazımi tibbi yardım göstərilib və ambulator müalicəyə buraxılıblar
Dünən Yeni Ramana yolunda baş verən avtomobil qəzası nəticəsində 3 saylı şəhər xəstəxanasına müxtəlif dərəcəli bədən xəsarətləri ilə ümumilikdə 9 nəfər gətirilib.
Bu barədə AYNA-ya Səhiyyə Nazirliyinin (SN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, yaralılara lazımi tibbi yardım göstərilib.
Səhər saat 09:00 üçün xəstəxanadan verilən məlumata görə, lazımı tibbi yardım göstərildikdən sonra bütün xəstələr ambulator müalicəyə buraxılıblar.