Gizli noutbuklar ələ keçib

Hadisə

24.09.2019 - 15:31

Üzərində "MacBook Pro" yazısı olan 4 ədəd noutbuk aşkar olunub

 

Qərb Ərazi Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında "Qırmızı Körpü" gömrük postunda Gürcüstandan idarə etdiyi "Mitsubishi Pajero" markalı minik maşını ilə gələn Azərbaycan Respublikası vətəndaşı saxlanılıb.

 

Dövlət Gömrük Komitəsinin (DGK) Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən AYNA-ya verilən məlumata görə, şifahi sorğu-sual edilən zaman vətəndaş ona məxsus nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən və bəyan edilməyən hər hansı predmetin olmadığını bildirsə də, avtomobilə baxış zamanı oturacaqların altında gizlədilən, üzərində "MacBook Pro" yazısı olan 4 ədəd noutbuk aşkar olunub.

 

Hazırda faktla bağlı araşdırma aparılır.

Müəllif: Ayna.az