İki avtobus toqquşub, 70 nəfər xəsarət alıb

Hadisə

24.07.2019 - 08:33

Toqquşmadan sonra yanğın baş verib

 

Kanadada iki məktəb avtobusunun qəzaya uğraması nəticəsində təxminən 70 nəfər xəsarət alıb. AYNA APA-ya istinadən xəbər verir ki, 7-12 yaşlarında 50-dən çox məktəblini aparan iki məktəb avtobusu başqa bir avtomobilin qəfildən dayanması səbəbindən toqquşub. Toqquşmadan sonra yanğın baş verib.

 

İnsident Kvebek ıyalətində olub. Qəzadan sonra ciddi xəsarətlər alan olmasa da, 70 nəfər müxtəlif travmalarla xəsatəxanaya yerləşdirilib.

Müəllif: Ayna.az