Xəzərdə axtarış-xilasetmə işləri başa çatıb

Hadisə

22.07.2019 - 16:01

Həkimlər Klinikalar SEO Xidməti

Batan şəxsin meyiti tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib

 

İyulun 20-də Bakı şəhərinin Sabunçu rayonu, Pirşağı qəsəbəsində, dənizdə, qeyri-çimərlik (nəzarətsiz) ərazidə bir nəfərin batması barədə Fövqəladə Hallar Nazirliyinin (FH) 112 “qaynar xətt”inə məlumat daxil olub.

 

Nazirliyin mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara başlayıb. Nəhayət, 2000-ci il təvəllüdlü İsaqov Fərman Məğrub oğlunun axtarışları başa çatıb.

 

F.İsaqovun meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.

Müəllif: Ayna.az