"İnterpol" bu azərbaycanlını axtarır

Hadisə

24.08.2019 - 01:33

Təqsirləndirilən şəxs istintaqdan yayınıb

 

"İntepol" daha bir Azərbaycan vətəndaşı barədə axtarış elan edib. AYNA Trend-ə istinadən bildirir ki, 1969-cu il təvəllüdlü Vaqif Kərimov narkotik maddələrin qanunsuz dövriyyəsində təqsirləndirilir.

 

İstintaq orqanı V.Kərimov barədə cinayət işi başlasa da, təqsirləndirilən şəxs istintaqdan yayınıb.

 

Nəticədə, onun barədsində məhkəmə tərəfindən həbs qəti-imkan tədbiri seçilib.

 

İstintaqdan yayınan V.Kərimov "İnterpol" xətti ilə beynəlxalq axtarışa verilib.

Müəllif: Ayna.az