Külək eyni zamanda ağacların budaqlarını da qoparıb
Günorta saatlarından başlayan güclü külək Sumqayıt şəhərində bir sıra fəsadlar törədib.
AYNA "Report"a istinadən xəbər verir ki, təbii hadisə nəticəsində şəhərin bir neçə mikrorayonu ərazisində ağaclar kökündən qopub.
Külək eyni zamanda ağacların budaqlarını da qoparıb. Xoşbəxtlikdən xəsarət alan olmayıb.