AXCP sədrinin keçmiş müavini həbs edilib

Hadisə

01.11.2019 - 12:12

Fuad Qəhrəmanlı Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib

 

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) keçmiş sədr müavini Fuad Qəhrəmanlı həbs edilib. AYNA xəbər verir ki, bu barədə F.Qəhrəmanlının yaxınları məlumat yayıblar.

 

Məlumata görə, F.Qəhrəmanlı oktyabrın 31-də Nərimanov rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

 

Xırda xuliqanlıqda təqsirləndirilən AXCP funksioneri Nərimanov Rayon Məhkəməsinin qərarı ilə 15 sutka həbs edilib.

Ayna.az