Bakıda 15 yaşlı qız özünü dənizə atıb

Hadisə

27.11.2019 - 12:03

Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırma aparılır

 

Paytaxt Bakıda 15 yaşlı qız intihara cəhd edib. Bu barədə AYNA-ya Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, noyabrın 26-da saat 11 radələrində, Bakı şəhər sakini, 2004-cü il təvəllüdlü Avcı İlahə Ramazan qızı intihar etmək məqsədilə özünü dənizə atıb. Həmin ərazidə xidmət aparan polis əməkdaşlarının ayıq-sayıqlığı və çevikliyi sayəsində İlahə Avcı dənizdən çıxarılaraq, dərhal tibbi yardım göstərilməsi məqsədilə Səhiyyə Nazirliyinin Kliniki Tibbi Mərkəzinə aparılıb.

 

Məlumata görə, hazırda İlahə Avcının səhhəti normaldır. Faktla əlaqədar Xətai Rayon Prokurorluğunda araşdırma aparılır.

Müəllif: Ayna.az