Abşeron rayonunda bıçaqlanma hadisəsi baş verib. AYNA APA-ya istinadən xəbər verir ki, Xırdalan şəhərində çay evinin sahibi 1984-cü il təvəllüdlü Abdullayev Tural Arzu oğlu müştərilərin biri ilə mübahisə edib. Nəticədə, o, ayağından bıçaqlanıb.
Yaralı təcili olaraq xəstəxanaya çatdırılıb. Ona sol budun kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və cərrahi əməliyyat edilib.