Bakıda qadın sürücü dəhşətli qəza törədib – <font color=red> VİDEO</font>

Hadisə

30.08.2019 - 14:12

Avtomobil işı dirəyinə çırpılaraq onu aşırıb

 

Bakıda baş verən dəhşətli qəza kameralara düşüb. AYNA avtosfer.az-a istinadən xəbər verir ki, Heydər Əliyev prospektində, Bakı Nəqliyyat Agentliyinin (BNA) yaxınlığında hərəkətdə olan "Audi" markalı avtomobilin sürücüsü qəfildən idarəetməni itirir və maşın işıq dirəyinə çırpılaraq onu aşırır.

 

Sürücünün qapısı açılmır. Bu zaman cəmi bir neçə saniyə ərzində avtomobilin pəncərəsindən çıxan sürücü xanım arxa qapıları açaraq iki azyaşlı uşağı maşından çıxarır. Ardınca yerə düşmüş telefonunu götürərək tez avtomobilin yanından uzaqlaşır.

 

Görüntüləri təqdim edirik:

Müəllif: Ayna.az