Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır
Yasamal RPİ-nin 29-cu Polis Şöbəsinə müraciət edən Bakı şəhər sakini E.Əsgərov iyunun 15-i saat 23 radələrində evinə gəlmiş naməlum şəxsin onun 600 manat pulunu və 5 ədəd qol saatını açıq talama yolu ilə apardığını bildirib.
Bu barədə AYNA-ya Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən məlumat verilib. Bildirilib ki, müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb və qısa müddətdə bu cinayət əməlini törədən şəxs müəyyən edilib.
Keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə soyğunçuluğu törətməkdə şübhəli bilinən Siyəzən rayon sakini Natiq Əzizov 29-cu Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb, ondan maddi sübutlar götürülüb.
Faktla bağlı cinayət işi başlanıb. Araşdırma aparılır.