Bakıda köməksiz vəziyyətdə qalmış 4 nəfər xilas edilib

Hadisə

20.08.2019 - 10:34

Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri hadisə yerlərinə cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin 112 “qaynar xətt”inə Bakı şəhərinin Binəqədi, Nəsimi və Sabunçu rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 3 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

 

Bundan başqa Nazirliyin “qaynar xətt”inə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə