Azərbaycanda ananı döyüb qızını qaçırdılar

Hadisə

29.07.2019 - 21:48

Bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib

 

Bərdə rayonunda gənc qız anasının gözü qarşısında qaçırılıb. AYNA oxu.az-a istinadən xəbər verir ki, hadisə bu gün günorta saatlarında rayonun Səməd Vurğun küçəsində qeydə alınıb.

 

Şahidlərin verdiyi məlumata görə, qız anası M.K ilə gəzinti zamanı minik avtomobili ilə qaçırılıb. Hadisə zamanı bir neçə oğlan qızın anasına ağır bədən xəsarətləri yetirib. Qadın xəstəxanaya yerləşdirilib.



Qızın tapılması istiqamətində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilir. 

Müəllif: Ayna.az