Kürdəmirdə traktor yanıb

Hadisə

28.08.2019 - 01:08

2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb

 

Kürdəmir rayonunda yanğın qeydə alınıb.

 

Fövqəladə Hallar Nazirliyindən AYNA-ya verilən məlumata görə, rayonun Mollakənd kəndində "T-28" markalı traktorun qoşqusunun 2 ədəd təkəri və qoşquya yığılan 3 ton ot bağlamasının 2 tonu yanıb.

 

Qoşqunun, ot bağlamalarının qalan hissəsi və traktor yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.​

Müəllif: Ayna.az