Vurğun Əyyub dünyasını dəyişdi

Hadisə

24.09.2019 - 13:22

O, uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi

 

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) ilk sədri, uzun illər Müsavat Partiyası başqanının birinci müavini olmuş Vurğun Əyyub vəfat edib. AYNA xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.

 

Qeyd edək ki, V.Əyyub uzun müddətmiş xərçəng xəstəliyindən əziyyət çəkirmiş. Onun səhhəti dünəndən ağırlaşıb və sentyabrın 22-də komaya düşüb.

 

Filologiya elmlər namizədi Vurğun Əyyub ictimai-siyasi xadim olmaqla yanaşı, 1992-1993-cü illərdə Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) rəhbəri, həmçinin Müsavat Partiyasının başqanının birinci müavini olub.

Müəllif: Ayna.az