Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb
Mingəçevir şəhərində valideyinlərin ehtiyatsızlığı üzündən qaynar su ilə dolu qazan 2018-ci il təvəllüdlü şəhər sakini Bəkirzadə Mədinə Pərviz qızının üzərinə aşıb.
AYNA APA-ya istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış
massivində baş verib.
Körpə müxtəlif dərəcəli yanıq xəsarətləri alıb. Onun vəziyyəti ağır olduğundan Reanimasiya şöbəsinə yerləşdirilib.