Yunanıstanda yer yerindən oynayıb

Hadisə

29.08.2019 - 10:40

Həkimlər Klinikalar SEO Xidməti

4.9 bal gücündə zəlzələ qeydə alınıb

 

Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) yeni məlumat yayıb. AYNA xarici mətbuata istinadən xəbər verir ki, məlumatda Yunanıstanın Rodos adasının cənubunda 4,9 bal gücündə zəlzələ baş verdiyi qeyd olunub.

 

Zəlzələnin Rodos adasından 97 kilometr cənub-qərbdə, 10 metr isə dərinlikdə olduğu bildirilib.

 

Rəsmi şəxslər zəlzələnin Yunanıstanın 12 bölgəsinə ciddi təsir etdiyini bildiriblər.

Müəllif: Ayna.az