"/>

Dayanacaq nəzarətçisi sürücünü təhdid etdi: <font color=red> "Gəlib görəcəksən ki, maşının təkərləri deşilib"</font>

Hadisə

11.09.2019 - 23:09

“Dedi ki, eybi yox. Gəlib görəcəksən ki, maşının çızıq-çızıqdır, təkərləri də deşilib”

 

Bunu heykəltaraş Zakir Əhmədov dayanacaq nəzarətçisi ilə aralarında baş verən mübahisədən danışarkən bildirib. AYNA xəbər verir ki, Z.Əhmədov bu barədə özünün “Facebook” səhifəsində yazıb. Heykəltaraşın sözlərinə görə, özünü dayanacaq nəzarətçisi kimi təqdim edən şəxs ondan pul tələb edib:

 

“Maşını “28 Mall” ticarət mərkəzinin qarşısındakı dayanacaqda saxladım. Maşındakı sərnişinlər düşüb mağazaya getdilər. Bu zaman bir nəfər qaça-qaça gəlib 1 manat pul istədi. Nə əynində forması var idi, nə də əlində çek. Dedim ki, çek ver, 10 dəqiqə üçün 50 qəpik ödəniş edim. O isə bildirdi ki, çeki çoxdan ləğv ediblər. Qolundan tutub itələdim. Dedi ki, eybi yox. Gəlib görəcəksən ki, maşının çızıq-çızıqdır, təkərləri də deşilib. Bədbəxt bilmədi ki, mən mağazaya getmirəm, maşının yanında dayanıram. Belə getsə, birazdan Afrikanın ən geridə qalan ölkələrindəki kimi sürücülərə qənbər daş satacaqlar. Ya daşı almalısan, ya da şüşələrini sındıracaqlar. Bu məmləkət düzələn deyil, söküb təzədən tikməsən”, - deyə Z.Əhmədov qeyd edib.

 

Müəllif: Ayna.az