Hadisə yerli vaxtla saat 11:45-də qeydə alınıb
Bu gün Xəzər dənizində zəlzələ olub. Bu barədə AYNA-ya Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İlkin məlumatlara əsasən, zəlzələ yerli vaxtla saat 11:45-də qeydə alınıb. Yeraltı təkanın maqnitudası 3.5, dərinliyi 27 km olub.