Yaşlı atasını çəkiclə qətlə yetirdi

Hadisə

22.08.2019 - 02:32

Cinayəti törədən şəxsin psixi problemləri olub

 

Tovuzda oğul atasını qətlə yetirib. AYNA qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə rayonun Aşağı Quşçu kəndində qeydə alınıb.

 

Kənd sakini 1972-ci il təvəllüdlü Məsimov Rasim Müzəffər oğlu çəkiclə 1936-cı il təvəllüdlü Məsimov Müzəffər Bayram oğluna zərbələr endirərək onu qətlə yetirib. Məlumata görə, cinayəti törədən şəxsin psixi problemləri olub. 

 

Faktla bağlı Tovuz rayon Prokurorluğunda cinayət işi açılıb.

Müəllif: Ayna.az