Dörd rayonda xüsusi riskli vəziyyət yaranıb

Hadisə

18.09.2019 - 10:29

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə yerlərinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub

 

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 “qaynar xətt”inə Bakı şəhərinin Qaradağ və Binəqədi rayonları üzrə liftdə köməksiz vəziyyətdə qalma ilə bağlı 2 müraciət daxil olub. FHN-in mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, dərhal çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 3 nəfərin liftdən çıxarılması təmin edilib.

 

“Qaynar xətt”ə Sumqayıt şəhərində 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə də müraciət daxil olub. Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri vətəndaşa köməklik göstərib.

 

Bundan əlavə, Bakı şəhərinin Yasamal və Nəsimi rayonlarında ayrı-ayrı ünvanlarda ağırçəkili 2 nəfərin mənzildə köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub. Çağırış ünvanlarına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri tərəfindən vətəndaşlara müvafiq köməklik göstərilib.

Müəllif: Ayna.az