Hadisə yerlərinə FHN əməkdaşları cəlb edilib
Bərdə rayonunun Alaçadırlı kəndində yanğın olub. Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən AYNA-ya verilən məlumata görə, ümumi sahəsi 56 m² olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və yaxınlıqda ümumi sahəsi 80 m² olan birmərtəbəli evin taxtadan ibarət pəncərəsi qismən yanıb. Yaxınlıqdakı yaşayış evi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Bakı şəhərinin Xəzər rayonunda da yanğın olub. Ümumi sahəsi 100 m² olan birmərtəbəli 3 otaqlı evin 1 otağının yanar konstruksiyaları və ev əşyaları 20 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.
Xəzər rayonunda daha bir yanğın olub. Ümumi sahəsi 165 m² olan birmərtəbəli 4 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.