Kiyevdə azərbaycanlı rəqqas qətlə yetirilib

Hadisə

10.10.2019 - 17:44

Həmin şəxs 23 yaşlı peşəkar rəqqas Cavid Hacıyevdir

 

Kiyevdə azərbaycanlı vəhşicəsinə qətlə yetirilib. AYNA xəbər verir ki, bu barədə Almaniyada yaşayan hüquqşünas Əlövsət Əliyev məlumat verib. 

 

Ə.Əliyev öldürülən azərbaycanlının kimliyini də açıqlayıb. Bildirib ki, həmin şəxs 23 yaşlı peşəkar rəqqas Cavid Hacıyevdir.


"Cavid Hacıyev İqtisad Universitetində magistr təhsili alırmış. Onu öldürən şəxs(lər)in hadisə yerindən qaçaraq gizləndiyi bildirilir. İlkin məlumatlara görə, onu Kiyevdə yaşayan 23 yaşlı həmvətənimiz bıçaqlayaraq öldürüb", - deyə hüquqşünas qeyd edib.

Müəllif: Ayna.az

Ramanada faciə

Dünən, 17:26 Hadisə